AZ

​Mayın şanslı bürcləri olacaq

May ayı bir çox bürc üçün yenilənmə və enerji dövrü olsa da, astrologlar xüsusilə 3 bürcün digərlərindən daha şanslı olacağını bildirir. Metbuat.az xəbər verir ki, planetlərin düzülüşü bu bürclərə həm maliyyə, həm sevgi, həm də karyera sahəsində uğurlar vəd edir. Onları gözləyən fürsətlər düzgün dəyərləndirilərsə, həyatlarında ciddi dönüş nöqtəsi yarana bilər. Buğa
May ayı Buğalar üçün demək olar ki, qızıl dövr olacaq. Günəşin bu bürcdə olması onların enerjisini və özünəinamını maksimum səviyyəyə çatdıracaq. Xüsusilə maliyyə sahəsində gözlənilməz gəlirlər, yeni iş təklifləri və sərfəli müqavilələr mümkündür. Şəxsi həyatlarında isə münasibətlər daha da möhkəmlənə bilər. Uzun müddətdir gözlədikləri bir xəbər bu ay gələ bilər.Şir
Şirlər üçün may ayı parlaq uğurlar və diqqət mərkəzində olmaq deməkdir. Karyera sahəsində yüksəliş, rəhbərlikdən gələn müsbət qiymətləndirmələr və yeni layihələr gündəmdə olacaq. Özünü göstərmək üçün əla fürsətlər yaranacaq. Sevgi həyatında isə romantik sürprizlər mümkündür. Tək olan Şirlər üçün yeni tanışlıqlar qapıdadır.

Oxatan
Oxatanlar üçün may ayı sürprizlərlə dolu olacaq. Səyahət, yeni tanışlıqlar və həyat tərzində dəyişikliklər bu bürcün gündəmini zənginləşdirəcək. Maliyyə baxımından da vəziyyət yaxşılaşa bilər. Risk etməkdən çəkinməyən Oxatanlar üçün bu ay böyük qazanc imkanları yarana bilər. Eyni zamanda şəxsi inkişaf və yeni bacarıqlar qazanmaq üçün ideal zamandır.

Seçilən
46
metbuat.az

1Mənbələr