AZ

Mordaşovun yaxtası Hörmüz boğazını keçdi

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda rusiyalı oliqarx Aleksey Mordaşova məxsus lüks yaxtanın Hörmüz boğazından keçməsi diqqət çəkib.

Musavat.com xəbər verir ki, 142 metrlik “Nord” superyaxtası aprelin 25-nə keçən gecə Hörmüz boğazından keçib.

Məlumata görə, yaxta aprelin 24-də Dubaydan yola düşüb və Oman istiqamətində hərəkət edir.

“MarineTraffic” və “NBC News”un yaydığı məlumata görə, eyni dövrdə ABŞ sanksiyaları altında olan “Ocean Jet” və “Lumina Ocean” tanker gəmiləri də boğazdan keçib. Bundan əlavə, cümə günü saat 17:00-dan şənbə səhər saat 05:00-dək daha beş yük gəmisi, o cümlədən bir İran gəmisi və Omandan sərnişin bərəsi həmin marşrutdan istifadə edib.

Son günlər Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin artması fonunda bu keçidlər beynəlxalq bazarlarda xüsusi maraq doğurur. Çünki dünya neft daşımalarının mühüm hissəsi məhz bu strateji su yolundan keçir.

Aleksey Mordaşov Rusiyanın ən varlı iş adamlarından biri hesab olunur və “Severstal” şirkətinin əsas sahibidir. O, metallurgiya, enerji və sənaye sektorlarında böyük təsirə malik fiqur kimi tanınır. Ukrayna müharibəsindən sonra Mordaşov Qərb sanksiyalarına məruz qalan rusiyalı oliqarxlar siyahısına daxil edilib.

Musavat.com

Seçilən
49
musavat.com

1Mənbələr