AZ

İlon Maskdan yeni addım: süni intellektli və məxfi yazışma funksiyalı XChat istifadəyə verildi

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sosial şəbəkə "X" rəsmi olaraq "XChat" adlı öz messencerini təqdim edib. Yeni platforma istifadəçilərə daha yüksək məxfilik səviyyəsi və süni intellekt inteqrasiyası təklif edir.

Bizimyol.info xəbər verir ki, "The Verge" nəşrinin məlumatına görə, İlon Mask komandası tərəfindən hazırlanmış bu xidmət əsasən ünsiyyətin təhlükəsizliyini təmin etməyə və adi yazışmaların funksionallığını genişləndirməyə yönəlib. "XChat"in əsas xüsusiyyətlərindən biri ikitərəfli şifrələmənin tətbiqidir. Bu texnologiya sayəsində dialoqların məzmununa hətta "X" şirkətinin özü belə çıxış əldə edə bilmir.

Messencerə daxil edilmiş "Grok" adlı süni intellekt köməkçisi istifadəçilərə birbaşa yazışma zamanı müxtəlif tapşırıqların həllində yardım edir. Məxfiliyi artırmaq üçün tətbiqdə ekran görüntüsü götürmək və çatların qeydini aparmaq qadağan edilib. İstifadəçilər istənilən həmsöhbətlə gizli çatlar yarada, həmçinin oxunduqdan 5 dəqiqə sonra avtomatik silinən mesajlardan istifadə edə bilirlər.

Tərtibatçılar bildirirlər ki, "XChat"də ümumiyyətlə reklam yoxdur. Xidmət telefon nömrəsi tələb olunmadan səsli və video zənglər etməyə imkan verir. Qeydiyyat isə mövcud "X" sosial şəbəkə hesabı vasitəsilə həyata keçirilir.

Bundan əlavə, messencerdə 500 nəfərə qədər iştirakçı ilə qrup çatları yaratmaq, müxtəlif formatlı sənəd və multimedia faylları göndərmək, həmçinin mesajları bütün iştirakçılar üçün silmək funksiyaları da mövcuddur.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
50
bizimyol.info

10Mənbələr