AZ

"Hakimlər barədə çox təəccüblü və narazıyam" - Jorj Kaşkilya

"Hakimlər barədə çox təəccüblü və narazıyam. Birinci qolda oyunçumuza qarşı qayda pozuntusu var idi. Qapımıza təyin olunan penaltiyə gəldikdə, belə epizodlar çempionatda yüz dəfə olub. Amma heç birində penalti verilməyib. Komandamın çıxışından razıyam. Futbolçular nəticəni dəyişmək üçün sona qədər mübarizə apardılar. Heç-heçə ədalətli nəticə olardı. Artıq 4 oyun qalıb. Mübarizəni sona qədər davam etdirəcəyik. Komanda başını aşağı salmayacaq, daha da əzmkar mübarizə göstərəcək".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli premyer-liqasının 29-cu turu çərçivəsində "Sumqayıt"a məğlub olduqları matçı (0:2) şərh edərkən bildirib. Mütəxəssis hakimlərin onlara qarşı qərəzli olub-olmaması ilə bağlı sualı cavablandıraraq ölkə futbolunda hakimliyin inkişafının vacibliyini vurğulayıb:

"Bu suala artıq cavab verdim. Çempionatın səviyyəsinin qalxmasını istəyiriksə, hakimlik də inkişaf etməlidi".

Baş məşqçi yeni mövsümdə komandada qalıb-qalmayacağı barədə verilən suala isə belə aydınlıq gətirib:

"Bu haqda ötən konfransda danışdım. Komanda hələ hədəfinə çatmayıb. Bütün diqqətimiz burdadı".
Seçilən
3
3
football-plus.az

7Mənbələr