AZ

İran ABŞ-dən xahiş etdi: Trampın ritorikasını yumşaldın, İran daxilində parçalanma var

İranda aparılan danışıqlar fonunda Tehranın nümayəndələri Vaşinqtona mühüm mesaj göndərib.

Musavat.com xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Məlumata görə, İranlı danışıqlarçılar ABŞ-dən Donald Trampın ictimai bəyanatlarında daha yumşaq və ölçülü ritorikaya üstünlük verməsini xahiş ediblər. Onların fikrincə, sərt və təhdid xarakterli açıqlamalar ölkə daxilində radikal mövqeli qüvvələrin təsirini artırır və danışıqlar prosesini çətinləşdirir.

Qeyd olunur ki, İranda hazırda ciddi daxili parçalanma mövcuddur. Bir tərəfdə hərbi və sərt xətt tərəfdarları dayanırsa, digər tərəfdə mülki administrasiya müharibənin daha tez başa çatdırılmasının tərəfdarı kimi çıxış edir.

Musavat.com

Seçilən
102
musavat.com

1Mənbələr