AZ

Tramp insidentlə bağlı mətbuat konfransı keçirəcək

Vaşinqton, 26 aprel, AZƏRTAC

Hüquq-mühafizə orqanları protokola uyğun olaraq, bizdən binanı tərk etməyimizi tələb etdi və biz bunu dərhal yerinə yetirdik.

AZƏRTAC-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton Otelində təşkil olunan şam yeməyində baş verən insidentlə bağlı yazıb.

O bildirib ki, 30 dəqiqədən sonra Ağ Evin mətbuat konfransı keçirəcək. “Birinci xanım, vitse-prezident və bütün Nazirlər Kabineti üzvləri əla vəziyyətdədirlər. Yarım saatdan sonra sizinlə danışacağıq. Tədbirin bütün məsul nümayəndələri ilə danışdım və 30 gün ərzində tədbiri yenidən planlaşdıracağıq”,- deyə o qeyd edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
5
41
azertag.az

10Mənbələr