İngiltərə Premyer Liqasının 34-cü turunda "Nyukasl"ı öz meydanında 1:0 hesabı ilə məğlub edərək liderliyini geri qaytaran "Arsenal"ın baş məşqçisi Mikel Arteta qələbəni dəyərləndirib.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis dünən baş tutan oyundan sonra belə danışıb:
"Qələbəyə görə çox şadam. Biz öz işimizi gördük.
Böyük üstünlüklə qalib gəlmək istəyirdik, amma alınmadı. Hərçənd üzərimizə düşən əsas işi həyata keçirdik.
22 illik çempionluq həsrətindən sonra hər şeyin gözəl musiqi fonunda qızılgüllərlə yekunlaşacağını gözləmirəm. Çətinliyin fərqindəyik və sonadək mübarizə aparmağa hazırıq".
Qeyd edək ki, hazırda 73 xalı olan "Arsenal" 1-ci pillədə mövqe tutubsa, 2-ci sıradakı "Mançester Siti"nin (70 xal) ehtiyatda bir oyunu da var.
Toğrul