AZ

45 il sonra eyni məkanda təkrarlanan sui-qəsd

Xəbər verdiyimiz kimi bu gün ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi olub. Hadisə məşhur "Washington Hilton" otelində baş verib.

Publika.az xəbər verir ki, eyni məkanda 45 il əvvəl də ABŞ prezidentinə qarşı sui-qəsd olubmuş. Söhbət ABŞ-ın 40-cı prezidenti Ronald Reyqana hücumdan gedir.

Belə ki, 1981-ci ildə 25 yaşlı Con Hinkli keçmiş prezidentə altı dəfə atəş açıb. Güllələrdən biri Reyqanın sol qolunun altına dəyib və onun ağciyərini deşmişdi. Dövrün məşhur dövlət başçılarından olan Reyqan dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunmuşdu. Maraqlıdır ki, o, qısa zamanda bərpa olunub və 12 gün sonra xəstəxanadan buraxılmışdı.

Bu gün isə Donald Tramp Vaşinqtondakı Hilton otelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbuluna qatılan zaman otelə silahlı hücum baş verdi.

Seçilən
46
17
publika.az

10Mənbələr