AZ

Yüzlərlə ailə köçürüləcək

Bir müddət əvvəl Bakıda sənədsiz və kollektorlar üzərində tikilən evlərin söküləcəyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, icazəsiz tikilmiş evlərə suyun verilməsi dayandırılacaq, bəzi tikililər isə söküləcək. Lakin sonradan bu məsələ ilə bağlı ictimaiyyətə və mediaya əlavə məlumat təqdim olunmadı.

Hazırda araşdırmalar hazırda hansı mərhələdədir?

Aznews.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, CAATS prezidenti Vüqar Oruc Globalinfo.az-a açıqlamasında məsələnin qısa müddətdə həll olunacaq problem olmadığını bildirib.

"Çünki alternativ olaraq ya kollektorların fəaliyyəti dayandırılmalıdır ki, bu da ciddi problemlərə səbəb ola bilər, ya da həmin evlər sökülərək kollektorların fəaliyyəti bərpa edilməlidir. Eyni zamanda, kollektorlar normal işləməlidir ki, xüsusilə intensiv yağıntılar zamanı son dövrlərdə müşahidə olunan problemlər təkrarlanmasın. Bu məqsədlə dövlət səviyyəsində komissiya yaradılıb və hazırda vəziyyət araşdırılır", - o deyib.

Ekspert bildirib ki, təkcə kollektorların üzərində 1000-dən çox ev inşa olunub:

Seçilən
4
11
aznews.az

10Mənbələr