AZ

Boks gecəsində şok anlar: Rinqdə kütləvi dava - VİDEO

Türkiyənin Trabzon şəhərində keçirilən boks gecəsi qalmaqallı hadisə ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, türkiyəli boksçu Emirhan Kalkan UBO versiyası üzrə dünya çempionluq kəməri uğrunda rusiyalı rəqibi Sergey Qoroxovla Beşirli İdman Zalında qurulan rinqdə üz-üzə gəlib.

Görüşün 3-cü raundunda Rusiya təmsilçisinin komandasının rəqibə qarşı hörmətsiz davranışı səbəbindən rinqdə gərginlik yaranıb. Qısa müddətdə bu gərginlik kütləvi davaya çevrilib.

Xüsusi təhlükəsizlik əməkdaşları insidentə çətinliklə müdaxilə ediblər. Baş verən hadisələrə görə qarşılaşma yarımçıq dayandırılıb.

Hadisə ilə bağlı araşdırma başladıldığı bildirilir.

Həmin anları sizə təqdim edirik:

Boksçumuz Dünya kubokunda qələbə ilə başlayıb

Azərbaycan boksçuları Dünya kubokunda mübarizə aparacaqlar

Millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub

Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal

Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq

Seçilən
35
1
apasport.az

2Mənbələr