AZ

Yaşayış binalarında kombi qadağandır Nə ilə əvəzlənəcək?

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda hazırda mövcud olan və gələcəkdə yeni tikiləcək çoxmərtəbəli binalarda kombi quraşdırmaq qadağandır.

“Yeni Sabah” xəbər verir ki, bunu Energetika Nazirliyinnin elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov deyib.  

AzTV-nin “EKOetika” verilişində danışan şöbə müdiri söyləyib ki, istilikdən nə qədər səmərəli istifadə olunarsa, təbii ki, bu, karbon emissiyalarına, enerji resurslarına qənaət edilməsinə, əhalinin rifah səviyyəsinə və ölkənin ixrac potensialının artırılmaısna müsbət təsir göstərir. Onun fikrincə, istilik təchizatı məsələsinin iqtisadi əhəmiyyəti də nəzərə alınmalıdır.

Ə.Həsənov xatırladıb ki, Prezident İlham Əliyev 2022-ci ildə “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb:

“Sənəd ümumilikdə ölkədə istilik təchizatı sektorunun inkişafını və əsas istilik enerjisi istehsalçısı olan “Azəristiliktəchizat”ın fəaliyyətinin gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda Nazirlər Kabinetinə “İstilik təchizatı haqqında” yeni qanunun hazırlanması, qəbulu və Energetika Nazirliyinə istilik təchizatı sektorunda islahatlar və bu sahənin inkişafı perespektivləri ilə bağlı təkliflər hazırlamaq tapşırılmışdı. 2025-ci ildə “İstilik təchizatı haqqında” yeni qanun qəbul olundu”.

Şöbə müdiri vurğulayıb ki, artıq yeni tikilən çoxmənzilli yaşayış binalarının vahid istilik mənbəyindən istilik enerjisi alması nəzərdə tutulub:

“Yəni qeyd etdiyimiz kateqoriyadan olan binalarda mərkəzləşdirilmiş istilik sistemlərinin olması məcburidir. Bundan sonra tikiləcək binalarda mərkəzi istilik sistemi mütləq olmalıdır. Bu tələbdir”.

Onun sözlərinə görə, burada müəyyən istisna hallar olacaq. Ə.Həsənov bildirib ki, Nazirlər Kabineti istisna halları təsdiqləyəcək, amma çox da geniş olmayacaq:

“Burada bərpaolunan enerji mənbələrindən istifadə, təbii qazın olmadığı hallar və mərtəbə-kvadratmetrindən asılı olaraq, nisbətən kiçik binalar nəzərdə tutulur. Amma bu gün Bakıda mövcud olan çoxmərtəbəli və çoxmənzilli binalar artıq mərkəzi istilik sisteminə qoşulmalı olacaq”.

Nazirlik rəsmisi ölkədəki qazanxanaların durumundan da danışıb. O deyib ki, qazanxaların əksəriyyəti sovet dövründə tikilib: “Yeni qazanxanalarla müqayisədə onların enerji istehlakı və idarəetmə xərcləri həddindən çoxdur. Ona görə də iki ilə yaxın müddətdə 12 qazanxanada moderləşdirmə tədbirləri həyata keçirmişik. Həmin qazanxanalar yeni və müasirləri ilə əvəzlənib. Nəticədə onların idarəetmə xərcləri azalıb, təbii qaza ciddi formada qənaət edirlər, keyfiyyətli xidmət göstərirlər.

Amma bunlar kifayət deyil. Hazırda dünyada generasiya sistemləri tətbiq olunur. Onlar həm elektrik enerjisi, həm istilik enerjisi, həm də isti su istehsal edir. Bunlar bütün göstəricilərinə görə çox faydalı sistemlərdir. Bizim xəstəxalarda istifadə olunur və yaxşı nəticələrə gətirib çıxarır. Biz bunu təşviq edirik”.   

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
7
yenisabah.az

8Mənbələr