AZ

Ağdərədə minaya düşən Xocalı sakininin vəziyyəti açıqlandı

Ağdərə rayonunda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi) aprelin 26-da, saat 14 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hal-hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".


Telegram kanalımız
Seçilən
40
7
yenisabah.az

8Mənbələr