ABŞ-nin telekommunikasiya üzrə tənzimləyici qurumu yeni qərarla xaricdə istehsal olunan bəzi şəbəkə cihazlarının ölkəyə idxalını sərtləşdirib.
Far.Az xəbər verir ki, yeni qaydalar ev üçün internet routerləri, portativ Wi-Fi cihazları və 4G/5G texnologiyalı internet paylaşma qurğularını əhatə edir.
SIM-kart vasitəsilə internet təmin edən bütün bu tip cihazlar da məhdudiyyət siyahısına daxildir.
Bununla yanaşı, artıq satışda olan cihazlar və mobil telefonların "hotspot" funksiyası istisna edilir.
Korporativ və peşəkar şəbəkə avadanlıqları da bu mərhələdə qadağadan kənarda saxlanılıb.
Rəsmilər yaxın zamanda hansı ölkə və istehsalçılara istisna tətbiq ediləcəyini açıqlayacaqlarını bildirirlər. İlkin gözləntilərə görə, əsas məhdudiyyətlər daha çox xarici, xüsusilə Çin mənşəli cihazlara yönələcək.