AZ

Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi VİDEO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail ordusu Qəzza zolağının cənubunda “İslami Cihad” qruplaşmasının istifadə etdiyi yeraltı tuneli məhv edib.Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.Açıqlamaya görə, İsrail hərbçiləri nəzarət etdikləri ərazilərdə “təmizləmə” əməliyyatlarını davam etdirirlər. Əməliyyat zamanı uzunluğu təxminən 800 metr olan hücum təyinatlı yeraltı tunel aşkarlanaraq sıradan çıxarılıb.

 

Bildirilir ki, tunelin içərisində yaşayış otaqları, hərbi avadanlıqlar və silahlar olub. Tapılan ləvazimatlar arasında “İslami Cihad” üzvlərinə məxsus jiletlər və raket də yer alıb.

İsrail ordusunun bəyanatında qeyd olunur ki, atəşkəs planına uyğun olaraq, Cənub dairəsində yerləşdirilən hərbi qüvvələr istənilən birbaşa təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək.Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
50
bizim.media

10Mənbələr