AZ

“Metronun vəziyyəti məni dəhşətə gətirdi” – Tanınmış memar


“Memar kimi platforma interyerlərinin vəziyyəti məni dəhşətə gətirdi: perron boyunca divarlarda suyun açıq-aşkar izləri və çoxsaylı sızma əlamətləri görünür”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkə hesabında paylaşıb.
“Bu gün səhər metro ilə qohumlarıma getdim – onlar “Həzi Aslanov” metro stansiyası yaxınlığında yaşayırlar. Çürümüş mərmər üzlüyün vəziyyətinə əsasən demək olar ki, su buraya çoxdan və sistemli şəkildə daxil olur – bu, heç də bir ilin problemi deyil.
İndi aydın olur ki, niyə zaman-zaman metropolitendə kabellərdə qısa qapanmalar baş verir və qatarların hərəkəti iflic olur: problem köhnədir və bir neçə gün əvvəl yağış zamanı baş verən hadisə tamamilə gözlənilən idi.
Seçilən
2
1
yeniavaz.com

2Mənbələr