AZ

Çexiyanın Baş naziri Azərbaycana gəlir

Ajans.az xəbər verir ki, bu barədə siyasətçi rəsmi "X" sosial şəbəkəsində məlumat yayıb. "Azərbaycan. Avropa İttifaqından xaricinə ilk rəsmi səfərim yeni başlayır", - o vurğulayıb. Qeyd edək ki, səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq. Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın Baş nazirinin birinci müavini - sənaye və ticarət naziri Karel Havliçek (Karel Havlíček), həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək. Çexiya nümayəndə heyəti Bakı, Astana və Daşkəndə səfər edəcək. Səfər proqramında biznes-forumların, tematik seminarların, B2B və B2G formatlarında netvörkinq tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasını və ev sahibliyi edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsini dəstəkləməkdir.

Seçilən
20
7
Ajans.az

10Mənbələr