AZ

Paşinyana da “Sülh və Barışıq üçün Gernika mükafatı” verilib

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın İspaniyadakı səfiri Sos Avetisyan 2005-ci ildən bəri təqdim edilən Gernika-Lumo şəhərində keçirilən illik “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimetmə mərasimində iştirak edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın İspaniyadakı səfirliyi məlumat verib.

Bildirilir ki, səfir Avetisyan Ermənistanın Baş naziri Nikol Paşinyanın adından 2026-cı il “Sülh və Barışıq üçün Gernika mükafatı” alıb.

Qeyd edək ki, bu mükafat iki ölkə arasında sülhün bərqərar olması səylərinə görə Ermənistan və Azərbaycan liderlərinə verilib.

Onu ad bildirək ki, Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət edib.

“Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm”, - Prezidentin müraciətdə qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
yeniavaz.com

2Mənbələr