AZ

Almaniyanın hərbi nəqliyyat təyyarəsi İrəvana eniş etdi FOTO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “C-130J-30” tipli hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş edib.Bizim.Media xəbər verir ki, bu barədə “Flightradar24” məlumatlarında qeyd olunub.Belə ki, “GAF310” bort nömrəli təyyarə Fransanın Evre şəhərindən havaya qalxıb və Ermənistan istiqamətində hərəkət edib.Uçuş trayektoriyasına əsasən, Almaniya HHQ-yə məxsus təyyarə Avropa, Türkiyə və Cənubi Qafqaz üzərindən keçərək İrəvana çatıb.

 

Təyyarənin hansı məqsədlə Ermənistana göndərildiyi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, “C-130J-30” hərbi-nəqliyyat təyyarələri şəxsi heyətin, hərbi yüklərin və xüsusi avadanlıqların daşınması üçün istifadə olunur.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
bizim.media

1Mənbələr