ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda baş verən atışma zamanı təhlükəsizlik əməkdaşlarının işini yüksək qiymətləndirib.
Redaktor.az xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
O deyib ki, təhlükəsizlik xidməti əməkdaşları öz vəzifələrinin öhdəsindən çox yaxşı gəliblər.
"Onlar çox yaxşı iş gördülər", - deyə Mariya Bartiromo ABŞ liderinin sözlərini efirdə sitat gətirib.
Tramp həmçinin baş verən hadisədən sonra yaxşı vəziyyətdə olduğunu qeyd edib.