AZ

Bu il buraxılış imtahanlarında maksimum bal toplayanların sayı azdırVİDEO

Ötən illə müqayisədə bu il buraxılış imtahanlarında maksimum bal toplayanların sayı az olsa da, bunun qəbul ballarının enməsinə təsir edəcəyi gözlənilmir.

Ötən il buraxılış imtahanlarında 43 nəfər maksimal 300 bal toplamışdısa, bu il 11 nəfər bu nəticəni əldə edib.

Xezerxeber.az-ın məlumatına görə, təhsil ekspertləri bildirirlər ki, bu il ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsində əvvəlki illərə nisbətən daha çox məntiqi təfəkkür tələb edən suallar təqdim edilmişdi. Bu da abituriyentlərin ənənəvi test üsullarından fərqli olduğuna görə nəticələrdə də müəyyən qədər enmə müşahidə edilir.

Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, abituriyentlərin sayının artması ilə universitetlərin plan yerləri də artır ki, bu da ötən ilki qəbul ballarının sabit qalacağı anlamına gəlir.

Ekspert onu da əlavə etdi ki, 100 mindən çox abituriyentin fonunda maksimal bal toplayanların azalması blok imtahanlarında sualların asan salınmasına səbəb deyil. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
21
xezerxeber.az

1Mənbələr