Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Şamaxı”nın qonağı olub.
Fanat.Az xəbər verir ki, oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov 0:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Gecikdiyimə görə üzr istəyirəm. Dörd tur ardıcıl məğlub olmaq komandanı pis duruma salır. Bu gün də qələbə qazanmaq istəyirdik. Elementar səhvlər məğlub olmağımızla nəticələnir. “Şamaxı”nı təbrik edirəm.
İkinci hissəyə daha yaxşı başlamışdıq. Qol da vurduq. Amma adi səhvdən qapımızda qol gördük və üzücü məğlubiyyət aldıq.
İşimi hər zaman vicdanla görməyə çalışıram. Rəhbərliyin dəstəyini hiss edirəm və dünən də bir yerdə olmuşuq. Bu gün “Kəpəz”dəyəm və sabah necə olacağını Allah bilir”.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.