AZ

Sumqayıtda zəncirvari qəza baş verdi

SUMQAYIT, 26 aprel. TELEQRAF

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Babək və Niyazi küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, “Opel” markalı avtomobil ilə iki “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
2
teleqraf.com

3Mənbələr