AZ

İsrail “Dəmir Qübbə” sistemini BƏƏ-də yerləşdirib

Məlumata görə, İranla müharibə fonunda gizli şəkildə həyata keçirilən bu addım İsrail-BƏƏ hərbi əməkdaşlığını daha da gücləndirib…

Poliqon xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb. Bildirilir ki, İsrail İranla qarşıdurma dövründə özünün hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”ni və hərbi kontingentini gizli şəkildə Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşdirib.

Mənbələrin məlumatına görə, bu, “Dəmir Qübbə” sisteminin ilk dəfə İsrail sərhədlərindən kənarda istifadə edilməsi halıdır. Sözügedən addım regionda təhlükəsizlik balansına təsir edən mühüm hadisə kimi qiymətləndirilir.

Qeyd olunur ki, bu qərar İsrail ilə BƏƏ arasında hərbi və strateji əlaqələrin daha da dərinləşməsinə səbəb olub. BƏƏ rəsmiləri İsraili əsas müttəfiqlərdən biri kimi dəyərləndirərək bu əməkdaşlığın unudulmayacağını vurğulayıblar.

Ekspertlər hesab edirlər ki, bu cür addımlar Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşmasına təsir göstərə və regional güc balansında dəyişikliklərə yol aça bilər.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr