AZ

Atasının "toxunulmaz" oğlu: Sadıqov Türkiyə klubunun sonunu gətirir

Türkiyə Trendyol I Liqasında mübarizə aparan "Serik Bələdiyyəspor"da sular durulmur.

Fanat.Az xəbər verir ki, azərbaycanlı iş adamı Tufan Sadıqovun komandaya investor kimi gəlişindən sonra hücum xəttini oğlu İlya Sadıqova həvalə etməsi gözlənilən nəticəni verməyib.

Cari mövsümdə tam 28 qarşılaşmada meydana çıxan İlya Sadıqov, bir hücumçu üçün utancverici hesab olunacaq nəticəyə – cəmi 1 qola imza atıb. Aprelin 25-də "Hatayspor"la keçirilən matçın 90+3-cü dəqiqəsində vurduğu qol (4:2) isə nə onun ümumi zəif oyununu ört-basat edə bilib, nə də tənqidləri azaldıb.

Futbol ictimaiyyəti və azarkeşlər haqlı olaraq sual edirlər: Əgər İlya Sadıqovun yerinə daha məhsuldar və peşəkar bir forvard heyətdə olsaydı, "Serik Bələdiyyəspor" bəlkə də indi liqada qalmağı çoxdan rəsmiləşdirmişdi. Atasının imkanları sayəsində rəqabətsiz şəkildə əsas heyət oyunçusuna çevrilən İlya, meydanda olduğu dəqiqələr ərzində komandanı sanki azlıqda qoyur. Peşəkar futbol prinsiplərinin deyil, ailə maraqlarının ön plana çəkilməsi bir klubun gələcəyini məhv edir.

Komanda liqada qalmaq uğrunda ölüm-dirim savaşı verdiyi bir vaxtda, "1 qolluq hücumçu" ilə yola davam etmək rəsmən intihardır. Görünən odur ki, Tufan Sadıqovun oğluna yaratdığı "rahat zona" "Serik Bələdiyyəspor"un sonunu gətirə bilər.

Kamil Xudiyev

Seçilən
37
1
fanat.az

2Mənbələr