AZ

Yaddaşın düşməni olan hormon Orqanizm bu işarələri verirsə ehtiyatlı olun

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Gənc yaşlarda yaddaş problemlərinin artması həkimləri narahat edir. Onlar bildirir ki, bu hal artıq nadir deyil və gündəlik həyat tərzi ilə birbaşa bağlıdır.Demokrat.az xəbər verir ki, Nevroloq Polina Vaxromeyevanın sözlərinə görə 25-35 yaş aralığında olan insanların təxminən 30 faizi mütəmadi olaraq unutqanlıq və diqqət dağınıqlığı ilə üzləşir. Onun sözlərinə görə, bu problemlərin əsas səbəbi diqqətin pozulmasıdır.Həkim izah edir ki, bu vəziyyət adətən hiss olunmadan başlayır, lakin zamanla dərinləşir. Müasir həyat tərzi, çoxsaylı işləri eyni anda görmək vərdişi, yuxu çatışmazlığı və istirahətin azlığı sinir sistemini yükləyir. Nəticədə informasiya ilə həddindən artıq yüklənən beyin yeni məlumatları qəbul etməkdə çətinlik çəkir. Bu da gündəlik həyatda daha tez-tez nələrisə unutmaq və detalları qarışdırmaqla özünü göstərir.Vaxromeyeva əlavə edib ki, xroniki stress və emosional yorğunluq da yaddaşa mənfi təsir göstərir. Bu zaman orqanizmdə kortizol hormonunun səviyyəsi artır və yaddaşa cavabdeh olan beyin hissəsi zədələnir.Həkim qeyd edir ki, siqaret çəkmək, alkoqol istifadəsi və düzgün qidalanmamaq da yaddaş problemlərini dərinləşdirə bilər. Orqanizmdə B qrupu vitaminləri, D vitamini, dəmir, yod və sink kimi vacib elementlərin çatışmazlığı beyin fəaliyyətini zəiflədir. Xüsusilə B12 vitamini defisiti yaddaş pozuntuları ilə birbaşa əlaqələndirilir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
demokrat.az

1Mənbələr