AZ

İsrail süni intellekt cavablarını dəyişmək istəyir – milyonluq layihə

İsrail hakimiyyəti ABŞ-da genişmiqyaslı PR kampaniyasına start verib və bu məqsədlə ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın sabiq müşaviri Brad Parscale ilə əməkdaşlığa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Məlumata görə, kampaniyanın əsas hədəfi süni intellekt sistemlərinin İsraillə bağlı təqdimatına təsir göstərməkdir. Layihə çərçivəsində xüsusi olaraq strukturlaşdırılmış veb-saytlar hazırlanır ki, bu resurslar ChatGPT, Claude və Gemini kimi platformalar tərəfindən daha asan emal olunsun.

Bu yanaşma nəticəsində süni intellekt sistemlərinin cavablarında İsraillə bağlı daha çox müsbət və pro-İsrail mövqeli məlumatların ön plana çıxarılması hədəflənir.

 

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr