AZ

Telefonda bu tətbiqi açıq qoyanlar kartdakı pullarını riskə atırlar

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Hamımızın əlimizdən düşməyən o "ağıllı" telefonlar var ha, bax onlar əslində bizdən daha ağıllı tərpənirlər. Özü də fərqinə varmadan elə bir quyu qazırıq ki, içinə düşəndə artıq gec olacaq.Deməli, telefonlarda bir ayar var, hamımız da onu elə rahatca "açıq" qoyub gəzirik. Guya həyatımız asanlaşır, guya texnologiyanın dadını çıxarırıq. Amma əslində kiber fırıldaqçıların süfrəsinə duz-istiotu özümüz aparırıq.Mütəxəssislər də deyir ki, ay qardaş, ay bacı, bu tətbiqlərə hər şeyə "hə" deməyin. Elə ki telefonunuz isinməyə başladı, elə ki batareyanız göz qırpımında sönməyə başladı, bilin ki, orada "qaranlıq işlər" gedir. Arxa fonda kimlərsə sizin şəxsi yazışmalarınızı, harada olduğunuzu, hətta bank hesablarınızın kodlarını bəh-bəhlə izləyir. Biz isə hələ də elə bilirik ki, telefon sadəcə şəkil çəkmək və instaqrama baxmaq üçündür.İndi hər şeyi kənara qoyun, daxil olun o telefonun sazlamalar bölməsinə. Orada hər önünə gələn tətbiqə verdiyiniz o "həmişə icazə ver" düyməsini bir zəhmət söndürün. Çünki sabah bank hesabınız boşalanda və ya şəxsi şəkilləriniz hansısa qaranlıq saytlara düşəndə o "ağıllı" telefonunuz sizə kömək etməyəcək. Texnologiya yaxşı şeydir, amma oyanıq olmağı bacaranlar üçün. Özünüzü və məlumatlarınızı qoruyun, yoxsa bu rəqəmsal dünyada sizi bir saniyəyə "yeyərlər".İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
demokrat.az

1Mənbələr