AZ

​Qozun faydaları: Sağlamlıq üçün təbii güc mənbəyi

Qoz həm dadlı, həm də orqanizm üçün olduqca faydalı qida məhsullarından biridir.Metbuat.az xəbr verir ki, mütəxəssislər bildirir ki, gündəlik rasiona az miqdarda qoz əlavə etmək ümumi sağlamlığa müsbət təsir göstərir. İlk növbədə, qoz ürək sağlamlığı üçün əvəzsizdir. Tərkibində olan omeqa-3 yağ turşuları damarları qoruyur, xolesterin səviyyəsini tənzimləyir və ürək-damar xəstəlikləri riskini azaldır. Bu xüsusiyyətlərinə görə qoz xüsusilə orta yaş və yaşlı insanlar üçün tövsiyə olunur.Qoz eyni zamanda beyin fəaliyyətini gücləndirir. Onun tərkibindəki vitaminlər və antioksidantlar yaddaşı yaxşılaşdırır, diqqəti artırır və zehni yorğunluğu azaldır. Tələbələr və zehni işlə məşğul olan şəxslər üçün qozun faydası xüsusilə vurğulanır.Bundan əlavə, qoz immun sistemini möhkəmləndirir. Tərkibində olan E vitamini və minerallar orqanizmi xəstəliklərə qarşı daha davamlı edir, xüsusilə mövsüm keçidlərində bədəni qoruyur.Qozun digər mühüm üstünlüyü isə həzm sisteminə müsbət təsiridir. Liflə zəngin olması bağırsaqların fəaliyyətini yaxşılaşdırır və maddələr mübadiləsini sürətləndirir.

Mütəxəssislər qeyd edir ki, qoz faydalı olsa da, normadan artıq istifadə edilməməlidir. Gündə 4-6 ədəd qoz yemək kifayət hesab olunur. Çünki yüksək kalorili olması artıq çəkiyə səbəb ola bilər.

Seçilən
100
28
metbuat.az

10Mənbələr