AZ

"NASCAR" yarışı zamanı 27 avtomobilin iştirakı ilə qəza baş verib

Bakı. Trend:

ABŞ-nin "Talladega" yarış trekində keçirilən "NASCAR Cup Series"yarışının 115-ci dövrəsində böyük qəza baş verib.

Trend-in məlumatına görə, bu barədə Amerika idman nəşrləri xəbərverib.

Məlumata əsasən, hadisə Ross Çesteynın birinci yerdə gedən BubbaUollesin avtomobilinə dəyməsindən sonra başlayıb. Nəticədəavtomobil fırlanıb və daha sonra sıx bir qrup yarışçı ilə toqquşub.Bu, çempionatın bir neçə aparıcı komandasının da daxil olduğu 27-yəqədər maşının iştirak etdiyi zəncirvari reaksiya ilənəticələndi.

Toqquşma nəticəsində qatı tüstü buludu yaranıb və yarışdayandırılıb, treki boşaltmaq və avtomobillərin texniki vəziyyətiniqiymətləndirmək mümkün olub.

Qəzada iştirak edən bütün sürücülər dairənin tibb mərkəzinəaparılıb. Təşkilatçıların sözlərinə görə, heç kim ciddi xəsarətalmayıb və sürücülər müayinədən sonra evə buraxılıblar.

Seçilən
57
az.trend.az

1Mənbələr