AZ

Çin ən böyük LNG tankerini təqdim etdi

Çinin "China Merchants Heavy Industry" şirkəti mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün ən böyük tankeri inşa edib və sifarişçiyə təhvil verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, Sinqapura yola düşən "Celsius Georgetown" gəmisinin uzunluğu 298,8 metr, eni 48 metrdir və 180 min kubmetr yanacaq daşımaq gücünə malikdir.

Qeyd olunur ki, tanker iki yanacaq növü ilə işləyən aşağı dövriyyəli mühərrik sistemi ilə təchiz olunub.

Seçilən
39
bakivaxti.az

1Mənbələr