AZ

Region QHT-ləri Urban İlinə töhfə olaraq uğurlu fəaliyyətlər icra edir

Bu barədə QHT.AZ-a Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə məlumat verib.

Urban İli və WUF 13 çərçivəsində Neftçalada ekoloji sahədə mühüm təşəbbüslər həyata keçirilmişdir. Yeniyetmə qızların iştirakı ilə yaradılan Ekoklub qısa müddətdə aktiv və nümunəvi fəaliyyətləri ilə seçilmişdir.

Ekoklub üzvləri “tullantılara yeni baxış” yanaşmasını əsas tutaraq müxtəlif yaradıcı və faydalı əl işləri ilə tullantılara yeni həyat qazandırmışlar. İstifadə olunmuş sellofan paketlərdən yağışdan qoruyucu geyimlər hazırlanmış, quşlar üçün yuvalar düzəldilmiş, məişətdə istifadə edilən yuyucu vasitələrin qabları isə gül kollarının yetişdirilməsi üçün funksional qablara çevrilmişdir. Bu fəaliyyətlər həm ətraf mühitin qorunmasına töhfə vermiş, həm də iştirakçılarda kreativ düşüncə və ekoloji məsuliyyət hissini gücləndirmişdir.

Eyni zamanda Ekoklub üzvləri Resource HUB tərəfindən təşkil olunan ekosərgidə uğurla iştirak edərək öz əl işlərini nümayiş etdirmiş, icmanın ekoloji təşəbbüslərini  geniş auditoriyaya təqdim etmişlər.

Gənc nəslin ekoloji maarifləndirilməsi, onların sosial fəallığının artırılması və dayanıqlı inkişaf dəyərlərinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyan bu fəaliyyətlər Urban İli və WUF 13 çərçivəsində kiçik addımların böyük dəyişikliyə açdığı cığırdır.

Seçilən
46
qht.az

1Mənbələr