AZ

Azərbaycanda əcnəbilər üçün ödənişsiz göz müayinəsi aksiyası keçiriləcək

Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ödənişsiz göz müayinəsi aksiyası təşkil olunacaq. Tədbir Dövlət Miqrasiya Xidməti yanında İctimai Şurada təmsil olunan “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

QHT.az xəbər verir ki, aksiya görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunub. Müayinələr İstanbul NS klinikasının oftalmoloqu Ergün Rəşadəlizadənin dəstəyi ilə aparılacaq.

Təşəbbüsün əsas məqsədi ölkədə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığına diqqəti artırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, eyni zamanda Azərbaycan oftalmologiya elminin nailiyyətlərini tanıtmaqdır.

Aksiya 28 aprel 2026-cı il tarixində saat 10:00-dan 16:00-dək keçiriləcək və iştirak tamamilə ödənişsiz olacaq.

Müayinədə iştirak etmək istəyən şəxslər 27 aprel 2026-cı il tarixinədək əvvəlcədən qeydiyyatdan keçməlidirlər. 

Link: https://forms.gle/HVLVGFBWTjTWmYd46
Əlaqə nömrəsi: +994 55 215 26 24

Qeyd edək ki, aksiya Zərifə Əliyevanın xatirəsinə ehtiram əlaməti olaraq həyata keçirilir və humanitar xarakter daşıyır.

 

Seçilən
37
qht.az

1Mənbələr