AZ

"Tesla" Cybercab-ın istehsalına başlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın elektromobil istehsalçısı "Tesla" sükanı və pedalı olmayan, iki nəfərlik "Cybercab" elektrik avtomobillərinin istehsalına başlayıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru İlon Mask sosial media hesabında məlumat verib.

Bununla da milyarder ötən il verdiyi vədə uyğun olaraq layihəni planlaşdırılan müddətdə reallaşdırıb.

İlon Mask bildirib ki, "Cybercab" digər "Tesla" modelləri ilə müqayisədə daha əlverişli olacaq. Şirkətin 2024-cü ildə keçirdiyi təqdimatda avtomobilin qiymətinin 30 min dollardan aşağı olacağı açıqlayıb.

"Tesla" birinci rüb üzrə maliyyə hesabatında qeyd edib ki, ilin sonuna qədər "Cybercab" modelinin kütləvi istehsal mərhələsinə keçilməsi planlaşdırılır.

Şirkət bu avtomobili əsasən robotaksi kimi istifadə etməyi nəzərdə tutur.

Xəbərin fonunda "Tesla" səhmləri cümə günü keçirilən ticarət sessiyasında 0,1% artım göstərib.

Seçilən
14
banco.az

1Mənbələr