Sahibkarlığın inkişafına dəstək istiqamətində təşəbbüslərini davam etdirən "Rabitəbank", Sahibkarlar Gününün təsis edilməsinin 10 illiyi münasibətilə hüquqi şəxslər və sahibkar fiziki şəxslər üçün qeyri-kredit məhsulları üzrə xüsusi güzəşt kampaniyasına start verir.
"Unikal" xəbər verir ki, 25 aprel – 25 may 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində sahibkarlara bankın müxtəlif qeyri-kredit məhsul və xidmətləri üzrə endirimli və üstün şərtlər təqdim olunacaq. Kampaniyanın əsas məqsədi sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə çıxışını daha da asanlaşdırmaq, onların gündəlik bank əməliyyatlarında rahatlığını artırmaq və biznes fəaliyyətlərinə əlavə dəyər yaratmaqdır.
Kampaniya həm mövcud müştərilər, həm də yeni hesab açmaq üçün müraciət edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub.
Sahibkarlar gününün yaradılmasıının 10 illik yubileyi münasibətilə bankın qeyri-kredit məhsulları üzrə aşağıdakı güzəştlərin tətbiq olunması təklif edilir:
1. Ödənişsiz cari hesabların açılması
2. Ödənişsiz biznes kartın sifarişi
3. Ödənişsiz əmək haqqı kartının sifarişi (7 illik )
4. Depozit seyflərinə 10 % endirim
5. Sahibkarların icbari sığorta ödənişlərinə 10 % endirim
6. Sahibkarların investisiya fəaliyyətlərinə 10 % endirim
7. Cari hesabdan məxaric əməliyyatlarına standart faizlər üzrə 10% endirim
8. Abunə tipli tarif paketlərinə 10% endirim
9. Depozitsiz POS terminal sifarişi
10. Komissiyasız nağdsız mübadilə əməliyyatları
“Rahat bankçılıq” konsepsiyasına uyğun olaraq Rabitəbank bu kampaniya ilə sahibkarların maliyyə yükünün optimallaşdırılmasına, biznes əməliyyatlarının daha sərfəli şərtlərlə idarə olunmasına və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verməyi hədəfləyir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.