Bakı.Trend:
Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində bədbəxt hadisə başverib.
Trend-inməlumatına görə, hadisə aprelin 26-da qeydə alınıb.
Belə ki, kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Nəsir Ayazoğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq qalanhissəsinə toxunarkən cərəyan vurması nəticəsində həyatınıitirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.