AZ

Acunun komandası son tura pley off zonasında daxil ola bilmədi

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionşipdə sondan əvvəlki, yəni 45-ci turun oyunları keçirilib. Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' son həftələri zəif keçirməkdə davam edir."Football-plus.az" xəbər verir ki, ''Pələnglər'' bu dəfə ''Çarlton'' səfərində 1:2 hesablı məğlubiyyətlə barışaraq evə xalsız dönmək məcburiyyətində qalıblar. Sergey Yakiroviçin komandasının qələbə həsrəti 6 oyuna yüksəlib. ''Hall Siti'' sona 1 tur qalmış 7-ci pillədə qərarlaşıb. Halbuki komanda uzun müddət pley-offda iştirak etməyə imkan verən ''6-lıq''da qərarlaşmışdı. Amma son həftələrdəki uğursuz nəticələr ''sari-qaralar''ı geri salıb. ''Hall Siti'' son turda öz meydanında ''Norviç'' ilə qarşılaşacaq. Komandanın taleyi öz əlində deyil. ''Hall Siti'' Acun Ilıcalının dönəmində ilk dəfə pley-offa vəsiqə qazanmaq üçün həm özü qalib gəlməli, həm də ''Rekshem''in ''Midlsbro'' səfərdə xal itirməsinə ümid bəsləməlidi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
7
icma.az

8Mənbələr