AZ

FSB direktoru vəzifəsindən gedir - KİV

Rusiya siyasi sisteminin vacib isimlərindən biri olan, Peterburq klanın əsas şəxslərindən sayılan Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FSB) direktoru Aleksandr Bortnikovun vəzifəsini tərk edəcəyi gözlənilir.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, onun yeri uğrunda artıq Rusiya siyasi elitasında gərgin mübarizə başlayıb.

Qeyd olunub ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorluğu uğrunda mübarizə aparan əsas şəxslər bunlardır:

“Rusiya Federal Mühafizə Xidmətinin direktoru Dmitri Koçnev, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini Sergey Korolev, Rusiya prezidentinin müşaviri, dövlət şurasının sədri Aleksey Dyumin”.

Daşqın HəsənovMissiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr