AZ

"Lux Residence" tikinti şirkəti Bakıda yaşayış olan evləri sökür?

Bakının Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 34 ünvanında yerləşən bəzi evlərin sakinlərin razılığı olmadan söküldüyü iddia edilir. Ona görə də bəzi sakinlər tikinti şirkətini məhkəməyə veriblər.

Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər iddia edirlər ki, "Lux Residence" Məhdud Məsuliyyətli Cəmiyyət 2019-cu ildən yaşadıqları ərazidə qanunsuz söküntü işi aparır, onlara məxsus çıxarışlı torpaqları və evləri əllərindən alınır. Evini tərk etməyən vətəndaşlar isə məhkəməyə verilir.

"Lux Residence" MMC-dən sorğuya cavab olaraq bildirlib ki, qeyd olunan ərazidə yerləşən yaşayış sahələrinin istismar müddəti uzun on illiklərdir bitib və kəskin qəzalı vəziyyətdədirlər. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən rəy tərtib edilib. Şirkət tərəfindən hər hansı əmlaka zərər vurulmayıb. Söküntü işləri isə yalnız razılıq əldə edilmiş sakinlər tərəfindən və yalnız öz yaşayış sahələrinə aid hissədə aparılb. Qeyd olunan sahələr sökülərək boş ərazi tikinti işlərinin aparılması üçün şirkətə təhvil verilb. Tərəflər arasında mübahisənin həll edilməsi üçün qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilib.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik.

Seçilən
0
8
publika.az

9Mənbələr