“Qalatasaray”ın hücumçusu Victor Osimhen “Fənərbağça” oyunu (3:0) sonrası açıqlama verib.
İdmanxeber.az-ın nigeriyalı forvard qarşılaşmanı belə şərh edib:
“Bu matçdan əvvəlki hər məşqdə çox yaxşı mübarizə apardığımızı düşünürəm. Hətta deyə bilərəm ki, bu oyundan daha istəkli və daha aqressiv idik. Bunu rəqibimizə bütün hörmətimlə deyirəm, amma doğrudan da bu matçda məşqlərdəkindən daha az yorulduq. Komanda olaraq yaxşı hazırlaşıb mövsümün sonuna qədər bu şəkildə davam etmək istəyirik”.
Xatırladaq ki, “cim-bom” bu qələbəylə rəqibi ilə xal fərqini 7 xala çatdırıb.