AZ

İran XİN başçısı Sank-Peterburqdadır

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün səhər Sankt-Peterburqa gedib. 

Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, İran diplomatiyasının rəhbəri RF Prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcək. 

Onun səfər zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyi gözlənilir. 

Əraqçinin Rusiyaya gəldiyini RF XİN də təsdiq edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, RF dövlət başçısının iranlı nazirlə görüşü planlaşdırılır. 

P.ƏMİRCANOV
XQ

 

Seçilən
2
xalqqazeti.az

1Mənbələr