AZ

Tramp ittihamları rədd etdi: “Mən heç kimə təcavüz etməmişəm” - VİDEO

ABŞ Prezidenti Donald Tramp CBS News telekanalının “60 Minutes” proqramına müsahibəsində Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş verən silahlı insidentlə bağlı yayılan manifestdəki ittihamlara sərt reaksiya verib.

Bizim.Media xəbər verir ki, aparıcı Norah O’Donnell Trampa silahlı şəxsin manifestində yer alan ifadələri xatırladıb.

Həmin mətndə administrasiya rəsmilərinin “hədəf” olduğu bildirilir, həmçinin Tramp haqqında ağır ittiham xarakterli ifadələr işlədilib. ABŞ Prezidenti bu iddiaları qəti şəkildə rədd edib. 

Tramp aparıcının sualına cavabında bildirib ki, manifestdə yazılanların efirdə oxunacağını əvvəlcədən gözləyib:

“Bəli, o bunu yazıb. Amma mən təcavüzkar deyiləm. Mən heç kimə təcavüz etməmişəm”, - deyə ABŞ lideri bildirib.

Aparıcının həmin ifadələrin ona ünvanlanıb-ünvanlanmadığı barədə sualından sonra Tramp daha sərt cavab verib:

“Bağışlayın, mən pedofil deyiləm. Mən pedofil deyiləm. Siz hansısa xəstə insanın yazdığı bu cəfəngiyyatı oxuyursunuz? Mənim heç bir əlaqəm olmayan şeylərlə adımı hallandırıblar. Mən tam bəraət almışam”, - deyə Tramp vurğulayıb. 

ABŞ Prezidenti silahlı şəxsi “xəstə insan” adlandırıb və aparıcını manifestdən həmin hissəni oxuduğuna görə tənqid edib. O bildirib ki, “60 Minutes” proqramında belə ifadələrin səsləndirilməsi düzgün deyil.
 

“Bunu “60 Minutes”in efirində oxumamalı idiniz. Siz ləkəsiniz. Amma davam edin. Gəlin müsahibəni yekunlaşdıraq”, - deyə Tramp bildirib.


Məlumata görə, insident aprelin 25-də Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş verib. Tramp və birinci xanım Melaniya Tramp hadisə yerindən təxliyə olunub. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, şübhəli şəxs saxlanılıb. Onun motivləri hələlik tam açıqlanmayıb. 


Bizim.Media

Seçilən
2
50
bizim.media

10Mənbələr