AZ

SUİ QƏSD, YOXSA ŞOU? Bu, Trampla bağlı daha bir saxta atışmadır...” + FOTO/VİDEO

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, ötən gün ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda “Hilton” hoteldə keçirdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub. Zalda əvvəlcə partlayış səsi gəlib, sonra isə qarışıqlıq yaşanıb.

Tədbirdə Prezident Trampla yanaşı birinci xanım Melaniya Tramp, vitse-prezident C.D. Vens və Ağ Evin mətbuat katibi Kerolayn Livitt də iştirak edib.

“Sui-qəsdçi” dərhal yaxalanıb və şəxsən Tramp özü onun fotolarını paylaşıb. Lakin bu foto ilə yanaşı, həmin tədbirdən yayımlanan digər foto və videolar da olub ki, onlar da ciddi müzakirələrə və şübhələrə yol açıb.

Hadisədən qısa müddət sonra ABŞ və bütünlükdə Qərb mətbuatında, sosial şəbəkələrdə tədbirdə baş verənlərin sui-qəsddən daha çox əvvəlcədən planlaşdırılmış “şou”ya bənzədiyinə dair iddialar ortaya çıxıb. Trampın reytinqlərinin kəskin düşdüyü indiki durumda onun belə bir şouya, yaxud buna bənzər hansısa digər “siyasi dopinqə” böyük ehtiyacının olduğuna isə heç kim şübhə etmir…

Tədbirdən yayımlanan bəzi foto və videolarda Trampın yaxın ətrafının arxayın, özündən razı, hətta ironik reaksiyaları diqqət cəlb edib. Ən çox maraq doğuran görüntülərdən biri Pentaqon rəhbəri Pit Heqsetin hadisədən sonrakı görüntüsü olub. Onun hadisə yerini gülərək tərk etməsi birmənalı qarşılanmayıb.

Müşahidəçilər onun bu fotosunu belə şərh ediblər: “Əhval-ruhiyyə yüksəkdir, şou uğurlu keçdi…”

Eləcə də FTB direktoru Keş Patelə dair videogörüntülər yayılıb. Atışma zamanı zalda olan Patel yerindən belə tərpənməyib. Nə öz əməkdaşlarına hansısa göstərişlər verib, nə də ümumiyyətlə, baş verənlərə hər hansı bir müdaxilə edib. 

Yeri gəlmişkən, ABŞ mətbuatının yazdığına görə, Patel yaxın zamanda vəzifəsindən kənarlaşdırıla bilər. Ağ Ev bunu "zaman məsələsi" hesab edir, çünki ”son aylarda onun haqqında çoxsaylı mənfi xəbərlər Trampı qıcıqlandırıb”.

ABŞ-nin tanınmış hərbi müxbirlərindən olan Maykl Yon isə Ağ Ev Müxbirləri şam yeməyindəki atışmanı mətbuat üçün bu cür şərh edib: "Trampla bağlı daha bir saxta atışma. Bu, açıq-aydın saxtakarlıqdır... Tramp sadəcə həqiqi informasiya əməliyyatının bir parçasıdır... Yeri gəlmişkən, Kerolin Livitt bu saxta atışmadan bir müddət əvvəl bu mətbuat tədbirində atəş olacağını demişdi... Bunu araşdırmaq vaxt itkisidir. Biz böyük bir müharibədəyik. Bu, informasiya əməliyyatıdır".

Doğrudan da, Livitt tədbirdən əvvəl onun “möhtəşəm” keçəcəyini bəyan etmiş və “atəşlər olacaq” demişdi.

"Sizə bunu deyəcəyəm: Bu gecəki çıxış klassik Trampın çıxışı olacaq - gülməli, əyləncəli olacaq, bu gecə zalda atəşlər olacaq, ona görə də hamı qulaq asmalıdır", - Levitt deyib.

İndi Tramp tərəfdarları Levitin bunları deyərkən, hərfi mənada atışmanı nəzərdə tutmadığını deyirlər. Lakin onun bu “öngörməsi” olduqca yerinə düşüb və ABŞ-nin özündə belə, bu baş verənlərin şou olduğuna inananlar onun gerçək olduğuna inananlardan xeyli çoxdur…

E.Qüdrətoğlu

“AzPolitika.info” 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
azpolitika.info

1Mənbələr