AZ

Azərbaycanda dənizlə təhlükəli yük daşımalarının daha da təkmilləşdirilməsi tövsiyə olunur

Bakı. Trend:

Azərbaycanda dəniz yüklərinin daşınması ilə bağlı dünyatəcrübəsi nəzərə alınır, lakin burada daha da təkmilləşdirilmələrinaparılması zəruridir.

Trend xəbərverir ki, bunu Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası İdarəHeyətinin sədri Orxan Xəlilzadə bu gün Bakıda FHN, SOCAR vəAISA-nın iştirakı ilə Texniki normativlərin təkmilləşdirilməsimövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, xüsusən də Orta Dəhliz vasitəsilə artıqAzərbaycan üzərindən yükdaşımaları artır.

O. Xəlilzadə vurğulayıb ki, ölkə ərazisindən keçən təhlükəliyüklərin, ələləxüsus 1-ci sinif partlayış tərkibli, 6-cı sinifzərərli maddələr və 7-ci sinif radioaktiv yüklərin daşınması zamanıhəmin yüklərin ölkə ərazisindən daşınması zamanı əvvəlcədən dahaçox məlumatlılıq olmalıdır: "Bu təkcə marşrutunrazılaşdırılmasından ibarət deyil, burada təkmilləşdirilmələrinartırılması zəruridir".

O. Xəlilzadənin irəli sürdüyü məsələni Azərbaycan Nəqliyyat vəKommunikasiya Holdinqinin (AZCON) SƏTƏMM şöbəsinin müdiri SamirƏliyev dəstəkləyib.

O da bildirib ki, bu istiqamətdə daha da təkmilləşdirilmələrinaparılması zəruridir.

"Dəniz yükdaşımaları müvafiq qaydalar üzərində həyata keçirilir.Beynəlxalq praktikada da təhlükəli yüklərin daşınması üzrə müvafiqtədbirlər və standartlar mövcuddur. Bizdə də bu standarlara uyğundəniz nəqliyyatı ilə yükdaşımaları həyata keçirilir", - o qeydedib.

Seçilən
39
az.trend.az

1Mənbələr