AZ

"Artıq əhali anlamağa başlayıb ki, bir xarici dili bilən uşaq mütləq işə düzələcək" - Məleykə Abbaszadə

“Ola bilsin ki, riyazi məktəblərin müəllimlərini vaxtı ilə itirmişik deyə sıçrayış yoxdur”.

Redaktor.az xəbər verir ki, bu fikri “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxışı zamanı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə səsləndirib.

“Riyaziyyatda yeni tapşırıqlarda bunu görürük. Artıq əhali anlamağa başlayıb ki, bir xarici dili bilən uşaq mütləq işə düzələcək. Bağçaya uşaq qoyanda da valideynlər soruşurlar ki, ingilis dili var, ya yox. Biz bu səbəbdən inkişafı görürük. Təhsildə olan tələblər valideynlərin istəkləri və zamanın çağırışı ilə üst-üstə düşür”, - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI

Seçilən
55
18
redaktor.az

10Mənbələr