AZ

Şabranda güclü yağış fəsadlara səbəb olub FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Şabran rayonunda yağan güclü yağışlar nəticəsində gələn sel Xəlfələr kəndində körpünü uçurub.

APA-nın bölgə müxbirinin məlumatına görə, kəndin bir hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Rayon mərkəzindən 11 kilometr məsafədə yerləşən kənd Dəvəçi çayının hər iki sahilində, dağların ətəyində yerləşir. Son günlər yağan intensiv yağışlar nəticəsində Dəvəçi çayında suyun səviyyəsi artıb və çayın hər iki sahilini birləşdirən körpü dağılıb. Nəticədə kəndin digər hissəsinin rayonla əlaqəsi kəsilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
6
cebheinfo.az

8Mənbələr