AZ

Cüzeppe Marotta: Bizim bu qalmaqalla heç bir əlaqəmiz yoxdur

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"İnter"in prezidenti Cüzeppe Marotta İtaliya futbolunu sarsıdan "Rokki qalmaqalı" və bununla bağlı aparılan istintaq barədə ilk dəfə danışıb. Sport24.az xəbər verir ki, klub rəhbəri "neradzurri"nin adının bu məsələlərdə hallanmasına sərt reaksiya verib.

Marotta klubun tamamilə şəffaf fəaliyyət göstərdiyini və yayılan xəbərlərin onları təəccübləndirdiyini bildirib:

"Bütün məlumatları mətbuatdan öyrəndik. Yayılmış açıqlamalar bizi təəccübləndirir. Biz heç vaxt hakimlərlə bağlı siyahılarla işləməmişik. Həmişə maksimum dürüstlük və şəffaflıqla hərəkət etmişik. Biz bu məsələyə tamamilə yadıq".Prezident ötən mövsüm hakimlərin komandaya qarşı ədalətsiz qərarlar verdiyini də xatırladıb:

"Keçən mövsüm bizə qarşı səhv qərarlar olub və bu, hakim qurumlarının rəhbərliyi tərəfindən də təsdiqlənib. İndi isə əsas diqqətimizi qarşıdakı oyunlara və çempionluğa yönəltmişik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
sport24.az

1Mənbələr