AZ

Dinləmə zamanı problem texniki deyil, qavrama ilə bağlıdır DİM sədri

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 aprel, AZƏRTAC

Bəzi abituriyentlər dinləmə zamanı səsin zəif eşidildiyini və ya keyfiyyətin yaxşı olmadığını düşünürlər. Lakin çox zaman problem texniki deyil, dinləyib-anlama bacarığının kifayət qədər formalaşmaması ilə bağlı olur.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. “Bəzən elə hesab edilir ki, aparatla bağlı problem var. Halbuki bu, normal prosesdir. Dinlədikcə, diqqətlə izlədikcə və məzmunu anlamağa çalışdıqca məlumatı qavramaq mümkündür. Hazırda buraxılış imtahanları nəticələrinin yaxşılaşmasını tədris dilində görürük. Amma riyaziyyatda o qədər də sıçrayış yoxdur. Lakin bu sıçrayış xarici dildə var ”, – deyə DİM sədri qeyd edib.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - İlqar Cəfərov

Videooperator - Vüsal Tağıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
4
azertag.az

10Mənbələr