AZ

Azərbaycanın qələbəsi mənəviyyatın, hüququn qələbəsidir

Bakı.Trend:

Bəzən tarix qanunlardan daha sərt danışır. Bəzən isə bir rəsm —yüz hüquqi sənəddən daha təsirli olur.

1937-ci ildə Gernika şəhəri bombalandı. Bu, sadəcə bir hərbiəməliyyat deyildi — bu, sivil insanların hədəfə alınmasınınsimvoluna çevrildi. Və həmin faciə kağız üzərində deyil, kətanüzərində əbədiləşdi — Pablo Pikassonun “Gernica” əsərində.

Bu rəsmdə bir maraqlı detal var: orada nə konkret düşmən var, nədə konkret qəhrəman. Yalnız ağrı var. Yalnız dağıntı var. Yalnıznəticə var. Bu, çox ciddi bir hüquqi və siyasi mesajdır —müharibədə “qalib” anlayışı çox vaxt nisbi olur, amma itkilərhəmişə realdır.

Amma tarix hər zaman eyni nəticə ilə bitmir.

Bu gün isə tarix başqa bir səhnə göstərir.

Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”ilə təltif olunması, əslində, çox güclü bir metaforadır. Dünəndağıdılan bir şəhərin adı bu gün bərpa və sülh təşəbbüslərinəverilən mükafata çevrilir.

Bu nə deməkdir?

Bu o deməkdir ki, tarix yalnız xatırlanmaq üçün deyil — ondannəticə çıxarmaq üçündür. Azərbaycan müharibədən sonra maraqlı birseçim etdi. Qisas yolu deyil, quruculuq yolu. Bu, emosional yox,strateji seçim idi. Çünki müasir dünyada qalibiyyət yalnız hərbinəticə ilə ölçülmür — qalibiyyət münaqişədən sonra necədavrandığınla ölçülür. Amma burada prinsipial bir məqam var.

Azərbaycanın qələbəsi təkcə hərbi deyil — bu, həm mənəviədalətə, həm də beynəlxalq hüququn fundamental prinsiplərinəəsaslanan legitim qələbədir.

Bizim qalibiyyətimiz nisbi deyil.

Azərbaycan həm mənəvi baxımdan, həm də beynəlxalq hüququnfundamental prinsiplərinə uyğun olaraq qalib tərəfdir.

Ərazi bütövlüyünün bərpası, suverenliyin təmin olunması — bunlarsiyasi tezis deyil, beynəlxalq hüququn əsas normalarıdır.Azərbaycan bu normaları bərpa etdi və bununla hüquqi ədaləti təminetdi.

Və məhz buna görə bizim seçimimiz — quruculuq seçimi — zəifliyinyox, gücün göstəricisidir. Hüquqi baxımdan isə bu gün daha vacibmərhələ başlayır — münaqişədən sonrakı davranış mərhələsi. Kimbərpa edir? Kim reinteqrasiya edir? Kim hüquqi sabitlikyaradır?

Məhz burada dövlətlərin real siyasi çəkisi formalaşır.

Gernika adı bizə dağıntını xatırladır. Pikassonun “Gernica”sıbizə faciəni göstərir. Amma bugünkü reallıq başqa bir sual qoyur:faciədən sonra nə edirsən?

Azərbaycan bu suala cavab verib.

Biz yalnız qalib olmadıq — biz qalibiyyətə hüquqi və mənəviməzmun verdik.

Bəlkə də bu mükafatın ən maraqlı tərəfi də budur — o, keçmişinağrısını gələcəyin məsuliyyətinə çevirir və qalibin necə davranmalıolduğunu göstərir.

Əminə Ağazadə,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
19
5
az.trend.az

6Mənbələr