AZ

Məleykə Abbaszadə: Xarici dillərin qiymətləndirmə alətləri CEFR standartlarına uyğunlaşdırılıb VİDEO

Bakı, 27 aprel, AZƏRTAC

Xarici dil fənləri üzrə 2027-ci ildə tətbiqi nəzərdə tutulan imtahan modelinin əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. O bildirib ki, xarici dillərin qiymətləndirilməsi sahəsində son illərdə mühüm islahatlar həyata keçirilib: “Xarici dillərin qiymətləndirmə alətləri CEFR standartlarına uyğunlaşdırılıb. Yeni imtahan modeli müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacaq. Dəyişikliklərin ictimaiyyətin daha geniş kütlələrinə çatdırılması məqsədilə regionlarda da analoji tədbirlərin təşkil olunması nəzərdə tutulur”.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - İlqar Cəfərov
Videooperator - Vüsal Tağıyev
Seçilən
0
11
azertag.az

10Mənbələr