Bloomberg: İslamabad tərəfləri kompromisə məcbur edə bilmir...
ABŞ və İran arasında dalana dirənmiş danışıqlar Pakistanın vasitəçilik imkanlarının məhdud olduğunu ortaya qoyub.
Poliqon xəbər verir ki, bu arədə Bloomberg Agentliyi məlumat yayıb.
Məlumata görə, Vaşinqton və Tehranı yenidən danışıqlar masasına qaytarmaq cəhdlərinin nəticə verməməsi Pakistan ordusunun komandanı feldmarşal Asim Munir və baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi vasitəçilik səylərinin imkanlarını göstərib.
Kuinsi İnstitutunun Nyu-Yorkdakı direktor müavini Adam Vaynşteyn bildirib ki, Barak Obama administrasiyası dövründə İranın nüvə proqramı üzrə danışıqlar 20 ay davam etmişdi və böhranın qısa müddətdə ciddi həllini gözləmək real deyil.
Ekspertin sözlərinə görə, Pakistan danışıqlar üçün meydan və ilkin təkan verə bilər, lakin tərəflərdən heç birini güzəştə məcbur etmək iqtidarında deyil.
“Trampın yanaşması əvvəlcə atəş açmaq, sonra isə dolu silahla danışıqlar masasına gəlib təslim olmağı tələb etməkdir. Bu üsul bəlkə də Venesuela kimi yerlərdə qısa müddət işləyib, amma İran kimi ölkə ilə işləməsi çətin görünür”, – deyə Vaynşteyn bildirib.
Analitiklər hesab edirlər ki, Tehran və Vaşinqton arasında dərin etimadsızlıq fonunda üçüncü tərəfin vasitəçiliyi yalnız məhdud rol oynaya bilər.
Poliqon.info